İran Səudiyyənin həcclə bağlı müzakirə təklifinə cavab verib
Müəllif: Admin
Tarix: 11-01-2017, 21:20
Bölmə: Xəbərlər
İran Səudiyyənin həcclə bağlı müzakirə təklifinə cavab verib
İran həcc mərasimi ilə bağlı Səudiyyənin müzakirə təklifinə müsbət cavab verib.İran Səudiyyə ilə həcc mərasimi haqda müzakirələrə başlayır
İslaminSesi.info FarsNews-a istinadla xəbər verir ki, bu barədə Ayətullah Xameneinin Həcc Mərasimindəki nümayəndəsi höccətül-islam Seyyid Qazi Əskər məlumat verib.

Bildirilib ki İran müzakirə üçün rəsmi dəvəti alıb və Səudiyyənin qarşıdakı həcc mərasimi ilə bağlı müzakirə təklifi istiqamətində nümayəndələrin toplantısı keçirilib.

Qeyd edək ki, ötən il İrandan həccə rəsmi şəkildə zəvvarlar göndərilməmişdi. İran, bunu Səudiyyənin ölkə zəvvarları qarşısında qoyduğu çətin və alçaldıcı şərtlərlə və eləcə də yaratdığı maneələrlə izah edirdi. 2015-ci ilin həcc mərasimində izdiham nəticəsində 460 iranlı hacının şəhid olmasından sonra rəsmi Tehran zəvvarlar üçün daha çox təhlükəsizlik tədbirlərinin görülməsini tələb etmişdi.
Oxşar xəbərlər
«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031