Azərbaycan prezidenti 2017-ci ili “İslam Həmrəyliyi ili” elan edib
Müəllif: Admin
Tarix: 11-01-2017, 21:17
Bölmə: Xəbərlər
Azərbaycan prezidenti 2017-ci ili “İslam Həmrəyliyi ili” elan edib
Azərbaycan Respublikası prezidenti İlham Əliyev 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edib.

APA-nın məlumatına görə, prezident İlham Əliyev bunu Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Prezident bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini xatırladıb: “İslam Həmrəyliyi Oyunları təkcə idman tədbiri deyil. Biz bu Oyunları keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərəcəyik, dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik, çalışacağıq ki, İslam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar”.- prezident Əliyev belə deyib.
Oxşar xəbərlər
«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930