Əl-Haşduş Şəbi: "Əl-Bağdadini Amerikadan əvvəl ələ keçirəcəyik"
Müəllif: Admin
Tarix: 11-01-2017, 13:08
Bölmə: Xəbərlər
Əl-Haşduş Şəbi: "Əl-Bağdadini Amerikadan əvvəl ələ keçirəcəyik"
İraqın Əl-Haşduş Şəbi könüllü xalq qüvvələrinin sözçüsü Əhməd Əl-Əsədi Əl-Haşduş Şəbi qüvvələrinin Amerikadan əvvəl İŞİD terror təşkilatının rəhbəri Əbu Bəkr Əl-Bağdadini ələ keçirəcəyini deyib.

Deyerler.org xəbər verir ki, Əl-Əsədi İRNA-ya açıqlamasında bildirib ki, onların düşüncələrinə görə, Əl-Bağdadinin İraq və Suriya sərhədi yaxınlığında gizlənib.

O, İraq qüvvələri və Amerika qüvvələri arasında Əl-Bağdadinin tutulması məsələsində bir rəqabətin olduğunu bildirərək, belə danışıb: "İraq ordusu və Əl-Haşduş Şəbi Bağdadinin yaxalanması üçün əməkdaşlıq edir".

Əl-Haşduş Şəbinin sözçüsü Amerikanın Bağdadini öldürmək istəmədiyini deyib. "Çünki dünya imperializmi tərəfindən Bağdadiyə verilən vəzifə hələ də icra olunur", - deyə o bildirib.
Oxşar xəbərlər
«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930