Ayətullah Sistani Haşemi Rəfsəncaninin vəfatı ilə bağlı başsağlığı verib
Müəllif: Admin
Tarix: 11-01-2017, 13:05
Bölmə: Xəbərlər
Ayətullah Sistani Haşemi Rəfsəncaninin vəfatı ilə bağlı başsağlığı verib
Müsəlmanların tanınmış mərcə-təqlidi Ayətullah Əli Sistani İranın nüfuzlu siyasətçisi, İslam İnqilabının sütunlarında hesab edilən və bu ölkənin Məsləhət Şurasının sədri Haşemi Rəfsəncaninin vəfatı ilə bağlı onun yaxınlarına başsağlığı verib.
İslaminSesi.info SumariyaNews-a istinadla xəbər verir ki, başsağlığının mətnində deyilir:

“Möhtərəm alim cənab Məhəmməd Haşimi, Allahın salamı və bərəkəti olsun sizə! Əziz qardaş höccətül-islam hacı şeyx Haşemi Rəfsəncaninin vəfatı bizi çox kədərləndirdi və təəssüfləndirdi.

Mən o cənabın dünyadan getməsini sizə və digər möhtərəm yaxınlara başsağlığı verirəm və nemət verən Allahın dərgahından diləyirəm ki, mərhum üçün ali dərəcə, qalanlar üçün səbr və əcr əta qılsın.

11 rəbius-sani, 1438 hicri-qəməri, Əli Hüseyni Sistani”

Oxşar xəbərlər
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031