Neynəvada böyük əməliyyat: Mosulda 200 İŞİD terrorçusu məhv edildi
Müəllif: Admin
Tarix: 11-01-2017, 10:09
Bölmə: Xəbərlər
Neynəvada böyük əməliyyat: Mosulda 200 İŞİD terrorçusu məhv edildi
İraqın Neynəva əməliyyatları komandiri general-mayor Əbdüləmir Yarallah yanvarın 9-da Mosul bölgəsində keçirilən əməliyyatlarda ən azı 200 terrorçunun öldürüldüyünü deyib.

Deyerler.org PressTV-yə istinadən xəbər verir ki, general-mayor Yarallah İraq qüvvələrinin Mosulun cənub-qərbi, cənubi, şərqi və şimal ətraflarında irəliləyişlərini davam etdirdiyini bildirib. O, qeyd olunan əməliyyatlarda yanvarın 9-u ən az 200 terrorçunun öldürüldüyünü və xeyli sayda bomba yerləşdirilmiş maşının məhv edildiyini deyib.

İraqın qüvvələri İŞİD-ə aid bir pilotsuz döyüş təyyarəsini da aşkar edərək məhv ediblər.

Bu arada İraqın ordu qüvvələrinin Mosul Universiteti binasının yaxınlığına qədər irəliləməyə nail olub. Bu İŞİD-in ən mühüm bazalarını vuracaq mövqeyə yaxınlaşıldığı deməkdir.

Oxşar xəbərlər
«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031