ABŞ da Rəfsəncaninin ölümü ilə bağlı başsağlığı verdi
Müəllif: Admin
Tarix: 10-01-2017, 10:28
Bölmə: Xəbərlər
ABŞ da Rəfsəncaninin ölümü ilə bağlı başsağlığı verdi
ABŞ da Rəfsəncaninin ölümü ilə bağlı başsağlığı verdi.

"O, İran İslam Respublikasının tarixində görkəmli sima olub."

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, ABŞ İranın keçmiş prezidenti Əli Əkbər Haşemi Rəfsəncaninin ölümü ilə bağlı başsağlığı verib. Bu haqda Dövlət Departamentinin nümayəndəsi Con Kirbi ötən gün Vaşinqtonda keçirilmiş brifinqdə jurnalistlərə danışıb.

“O, İran İslam Respublikasının tarixində görkəmli sima olub. Biz onun ailəsinə və yaxınlarına onun ölümü ilə bağlı baş sağlığı veririk.”, - deyə Kirbi bildirib.

Kirbi İranla münasibətlər və Rəfsəncaninin ABŞ haqda dediyi tənqidi fikirlərin təfərrüatlarına toxunmayıb. Dövlət departamentinin sözlərinə görə, söhbət yalnız onun ailəsinə başsağlığının verilməsindən gedir.
Oxşar xəbərlər
«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930