Haşimi Rəfsəncaninin cənazə namazını Ayətullah Xamenei qılacaq
Müəllif: Admin
Tarix: 9-01-2017, 21:46
Bölmə: Xəbərlər
Haşimi Rəfsəncaninin cənazə namazını Ayətullah Xamenei qılacaq
Ayətullah Hacı Şeyx Əkbər Haşimi Rəfsəncaninin cənazə namazını Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei qılacaq.



Maide.Az khamenei.ir saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xamenei yanvarın 10-da Ayətullah Haşimi Rəfsəncaninin dəfn mərasimində iştirak edəcək və Tehran Universitetində ona cənazə namazı qılacaq.



Mərasim sabah yerli vaxtla saat 08:30 başlayacaq.



Qeyd edək ki, İran saytlarının məlumatına görə, mərhum Haşimi Rəfsəncaninin cənazəsi Tehran Universitetində namaz qılındıqdan sonra Tehranın yaxınlığında yerləşən İmam Xomeyninin (rəh) məqbərəsinə aparılacaq və orada dəfn olunacaq.



Xatırladaq ki, bundan öncə İran KİV-ləri mərhum Haşimi Rəfsəncaninin Qumda dəfn olunacağını yazmışdır.



İranın Məsləhət Şurasının sədri, sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani ötən gün 82 yaşında vəfat edib. Mərhum Ə.Ə.Haşimi Rəfsəncani ürəyində yaranmış problemə görə ötən gün Tehranda xəstəxanalardan birinə yerləşdirilmişdir və az sonra vəfat etmişdir. Əli Əkbər Haşimi Rəfsəncani İranın dördüncü prezidenti vəzifəsində çalışıb. O həmçinin 1980 - 1989-cu illərdə İran Parlamentinin spikeri vəzifəsində çalışıb. Əli Əkbər Haşimi Rəfsəncani Məsləhət Şurasının sədri, Xobreqan Ekspertlər Məclisinin üzvü, İslami Azad Universitetinin təsisçisi olub.
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930