Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Gürcü politoloq: “Azərbaycanlıların kompakt yaşadığı ərazilərdə xaçların qoyulması düzgün deyil”

Gürcü politoloq: “Azərbaycanlıların kompakt yaşadığı ərazilərdə xaçların qoyulması düzgün deyil”

Gürcü politoloq: “Azərbaycanlıların kompakt yaşadığı ərazilərdə xaçların qoyulması düzgün deyil”
“Cənubi Qafqazda, xüsusən Azərbaycan və Gürcüstanda multikulturalizm özünəməxsus tərzdə inkişaf edir və saxlanılır. Bu, dövlət səviyyəsində həyata keçirilir, insanlar bir-biri ilə ümumi dil tapırlar”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu politoloq-ekspert, siyasi elmlər doktoru, professor, “Avrasiya İnstitutu” qeyri-hökumət təşkilatının rəhbəri Qulbaat Rtsxiladze bildirib.

“Hesab edirəm ki, dini və siyasi ekstremizmə yol vermək olmaz. İndi çoxları İslam dini bayrağı altında qarşıdurma yaratmağa çalışırlar. Bu, əsasən Yaxın Şərqdə baş verir. Biz İslamın sülhsevər din olduğunu, Qafqazda, o cümlədən Gürcüstanda və Azərbaycanda bunu görürük”, - deyə o vurğulayıb.

Politoloq son illərdə Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgələrdə xaçların sayının artmasına, müsəlman qəbiristanlıqları yaxınlığında xaçların yerləşdirilməsinə də münasibət bildirib: “Həmin yerlərdə xaçların qoyulması düzgün deyil və bu, xristian dininə də ziddir. Xaç dini atributdur və bu atributu hər yerdə qoymaq olmaz. Harada kilsə, memorial varsa, orada xaç qoymaq olar. Lakin hər yerdə xaç qoyulması Allahın əleyhinə getmək deməkdir. Çünki bu hərəkətinlə səni sevən, mehriban həmvətənlərinin əleyhinə gedirsən. Bizim belə problemlərimiz heç vaxt olmayıb”.

Q. Rtsxiladze onu da bildirib ki, Gürcüstana ərəblərin, türklərin gəlişi qorxu yaradır, gərginliyi artır: “Mən demirəm ki, bu pisdir, lakin əhali bunu bəzi hallarda anormal qarşılayır. Xaçların Gürcüstanda yaşayan azərbaycanlıların əleyhinə qoyulması kimi başa düşməyin. Hesab edirəm ki, xaçları qoyanlar sübut etmək istəyirlər ki, bu bizim torpağımız və dinimizdir. Onlar yanılırlar, çünki bu torpaqda bizim insanlar-azərbaycanlılar yaşayırlar. Onların da öz dini var. Azərbaycan və gürcü xalqları həmişə bir-birinə kömək ediblər. Buna görə də bu məsələlərə ehtiyatla yanaşmaq lazımdır. Xristianlıq başqa dinə qarşı çıxan din deyil”.

Müəllif: Admin | 7-01-2017, 10:27
Baxılıb: 257
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.