Türkiyədə növbəti partlayış: Ölən və yaralananlar var
Müəllif: Admin
Tarix: 6-01-2017, 10:17
Bölmə: Xəbərlər
Türkiyədə növbəti partlayış: Ölən və yaralananlar var
İslamazeri.az-ın “Sputnik”-ə istinadən verdiyi xəbərə əsasən, hadisə ilə bağlı İzmir valisi Erol Ayyıldız bildirib ki, Türkiyənin İzmir şəhərinin qərb hissəsində partlayıcı ilə dolu avtomobil partlayıb.

Partlayış məhkəmə binasının yaxınlığında baş verib. Hadisə yerində avtomobilin yandığı bildirilir.

Partlayışın baş verdiyi əraziyə təcili tibbi yardım maşınları gedir.

2 terrorçu öldürülüb. Partlayış nəticəsində 1-i polis, 1-i əldiyyə işçisi 2 nəfər ölüb, 3-ü polis, 4-ü dinc sakin olmaqla 7 nəfər isə yaralanıb.



Oxşar xəbərlər