Mosul əməliyyatında 302 terrorçu məhv edildi
Müəllif: Admin
Tarix: 3-01-2017, 21:19
Bölmə: Xəbərlər
Mosul əməliyyatında 302 terrorçu məhv edildi
İraqın Neynəva əməliyyatları komandiri general-mayor Əbdüləmir Yarallah yanvarın 2-də gecə verdiyi açıqlamasında, İraq qüvvələrinin Mosul əməliyyatı çərçivəsində, 302 terrorçunu öldürdüyünü bildirib.

Deyerler.org Partstoday-a istinadən xəbər verir ki, general-mayor Yarallah Mosulun şərq hissəsində İŞİD tərəfindən bomba yerləşdirilmiş xeyli sayda maşının içindəki terrorçularla birgə məhv edildiyini qeyd edib. O, həmin əməliyyatda ən azı 70 terrorçunun öldüyünü vurğulayıb.

General-mayor Yarallah Mosulun cənub qərb hissəsində də İraq qüvvələrin terrorçuların iki kəndə qarşı hücumunu dəf etdiyini və 25 terrorçunu öldürdüyünü bildirib.

İraqın digər bir hərbi rəsmisi isə, Mosulun cənub-şərqində də İraq qüvvələrin 182 terrorçunu öldürdüyünü bildirib.
Mosul şimal bölgəsində də ən az 25 terrorçunun öldürüldüyünü deyən İraqın hərbi rəsmisi, bu əməliyyatda da terrorçulara aid xeyli sayda təchizadın məhv edildiyini bildirib.

Oxşar xəbərlər
«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930