İraqın Mosul şəhərində 100-dən artıq terrorçu öldürüldü
Müəllif: Admin
Tarix: 31-12-2016, 17:55
Bölmə: Xəbərlər
İraqın Mosul şəhərində 100-dən artıq terrorçu öldürüldü
İraqın Təhlükəsizlik İdarəsi tərəfindən dekabrın 30-da verilən bəyanatda, Mosulun şərq hissəsində bomba yerləşdirilmiş 15 maşının məhv edildiyi, 101 terrorçunun öldürüldüyü bildirilib.

Deyerler.org Al-Sumaria News-a istinadən xəbər verir ki, İraq ordusunun terrorla mübarizə qüvvələrinin komandirlərindən Əbdüqəni Əl-Əsədi İraqın qüvvələrinin Mosulun şərqində irəliləyişə nail olduqlarını deyib. O, ordunun Mosulun Qüds rayonuna keçməyi bacardığını vurğulayaraq, Mosulun işğaldan azad edilməsi əməliyyatının ikinci mərhələsinin əslində dünəndən etibarən başladığını bildirib.

İraqın kəşfiyyat xidməti Kazimeyn şəhərində terror hücumunu həyata keçirmək istəyәn 3 intiharçı terrorçunu Bağdadın şimalındakı Tarmiyә bölgəsində keçirilən əməliyyatla zərərsizləşdirildiyini bildirib.

Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031