Bəşər Əsəd: "Avropa ölkələri terrorizmi dəstəkləməyə son versinlər!"
Müəllif: Admin
Tarix: 30-12-2016, 23:45
Bölmə: Xəbərlər
Bəşər Əsəd: "Avropa ölkələri terrorizmi dəstəkləməyə son versinlər!"
Suriya prezidenti Bəşər Əsəd Avropa ölkələrinə səslənərək, deyib ki, Avropa ölkələri əgər Suriya xalqının vəziyyətindən narahatdırlarsa, onda terrorçuları dəstəkləməyə son versinlər.

Deyerler.org SANA-ya istinadən xəbər verir ki, Bəşər Əsəd dekabrın 29-da Avropa Parlamenti və Rusiya Federasiyasının üzvlərindən ibarət bir qrupu qəbul edib. Görüşdə Əsəd belə danışıb: "Avropa ölkələri Suriya millətinə kömək etmək istəyirlərsə, terrorçulara dəstəyə son verməlidirlər və zülmə səbəb olan sanksiyaları ləğv etməlidirlər, çünki Suriyaya qarşı sanksiyalar xalqın ehtiyaclarını hədəfə alır".

Bəşər Əsəd çıxışının davamında deyib ki, Suriya böhranının həlli Suriya xalqının əlindədir. "Avropa ölkələrinin rəsmiləri ölkələrindəki terror hücumlarının səhv siyasətlərinin nəticəsi olduğunu etiraf etməlidirlər və bu siyasətləri mühakimə etməlidirlər", - deyə Əsəd bildirib.

Ölkəsində terrorizmlə mübarizə ilə bağlı aparılan əməliyyatlara toxunan Əsəd, terrorizmlə mübarizədə uğurlu olmaq üçün vəhhabi idealogiyasının məhv edilməsinin vacib olduğunu deyib.

Oxşar xəbərlər
«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930