Səudiyyə Ərəbistanından İrana dəvət göndərildi: 2017-ci ilin həcc məsələsi müzakirə olunacaq
Müəllif: Admin
Tarix: 29-12-2016, 21:51
Bölmə: Xəbərlər
Səudiyyə Ərəbistanından İrana dəvət göndərildi: 2017-ci ilin həcc məsələsi müzakirə olunacaq
Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə Nazirliyi elan edib ki, İranın Həcc və Ziyarət Təşkilatının nümayəndə heyətini gələn ilin həcc mərasiminin təşkilatçılığı və necə keçirilməsi ilə bağlı danışıqlar aparmaq məqsədilə Səudiyyəyə dəvət edib.

Maide.Az xəbər verir ki, Səudiyyənin “Əl-Əxbariyyə” xəbər kanalının məlumatına görə, gələn ilin həcc ziyarətinə hazırlıq və iranlı hacılara göstəriləcək xidmətlər ilə bağlı danışıqlar üçün İran rəsmilərini də müxtəlif ölkələrin həcc nümayəndə heyətləri ilə keçiriləcək görüşə dəvət etmişik.

Qeyd edək ki, dünyanın 80 ölkəsindən Həcc ziyarəti üzrə qurumların məsul şəxsləri gələn ilin Həcc ziyarətinin hazırlıq işləri ilə bağlı danışıqlar üçün Səudiyyə Ərəbistana səfər edəcək.

Xatırladaq ki, 2015-ci ildə Minada baş verən faciə zamanı çox sayda iranlılın şəhid olmasının ardınca İranın Həcc və Ziyarət Təşkilatı 2016-cı ildə həcc mövsümündə iranlı hacıların təhlükəsizliyi və sağlamlığı ilə bağlı rəsmi Riyaddan zəmanət tələb etdi ki, bu tələb Səudiyyə Ərəbistanı rəsmiləri tərəfindən qəbul olunmadı. Bunun ardınca İran 2016-cı ildə Həcc ziyarətinə zəvvar göndərmədi. Lakin buna baxmayaraq bir neçə ay öncə İranın Həcc və Ziyarət təşkilatının rəsmisi bildirmişdi ki, 2017-ci ildə Həcc mövsümündə iranlı zəvvarların həccə göndərilməsi ilə bağlı Səudiyyə Ərəbistanı ilə danışıqlar aparmağa hazırıq və çalışmalarımız davam edir. /

Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930