Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Ali Rəhbər höccətül-islam Hüseyni Miyanəcinin vəfatı ilə əlaqədar başsağlığı verdi

Ali Rəhbər höccətül-islam Hüseyni Miyanəcinin vəfatı ilə əlaqədar başsağlığı verdi

Ali Rəhbər höccətül-islam Hüseyni Miyanəcinin vəfatı ilə əlaqədar başsağlığı verdi
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei tanınmış alim Höccətül-islam Hacı Seyid Kazım Hüseyni Miyanəcinin vafatı münasibəti ilə başsağlığı verib.

Maide.Az xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir: “Allahın adı ilə, dəyərli alim mərhum höccətül-islam hacı seyid Kazım Hüseyni Miyanəci uzun illər İmam Xomeyninin (rə) və mənim Lorestan əyalətində nümayəndəmiz olaraq öz ilahi borcunu yerinə yetirib. Onun bütün qohum-əqrəbasına, hörmətli övladlarına, onu sevənlərə və Lorestan əyaləti xalqına başsağlığı verirəm. Allahdan onun ruhu üçün rəhmət və məğfirət, onun pak əcdadları ilə məhşur olmasını diləyirəm".

Qeyd edək ki, mərhum Seyid Kazım Hüseyni Miyanəci 27 il müddətində Ali Rəhbərin Lorestan əyaləti üzrə nümayəndəsi və Xorrəmabad şəhərinin imamcüməsi olub. O, 1932-ci ildə Miyana şəhərinin Günlü kəndində dünyaya gəlib. O, mərhum Ayətullah Əhmədi Miyanəcinin dayısı oğludur. Mərhum Hüseyni Miyanəci 85 yaşında şənbə günü vəfat etmişdir.

Müəllif: Admin | 27-12-2016, 12:39
Baxılıb: 127
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.