Şeyx İsa Qasimin evinə basqın edilib - alimin həbs edildiyi bildirilir
Müəllif: Admin
Tarix: 21-12-2016, 11:33
Bölmə: Xəbərlər
Şeyx İsa Qasimin evinə basqın edilib - alimin həbs edildiyi bildirilir
İslaminSesi.info bu barədə alahednews-a istinadla xəbər verir.

Bildirilib ki, Bəhreyn polisi və təhlükəsislik qüvvələri ayətullah şeyx İsa Qasimin evinə basqın edərkən mənzilin ətrafındakı aksiyaçılara atəş açıb.

Onların şeyx İsa Qasimin evinə daxil olduğu bildirilir. Bəzi mənbələr şeyxin həbs edildiyini bildirirlər.

Şeyx İsa Qasim 2010-cu ildən etibarən Bəhreyndə başlayan və siyasi islahatların keçirilməsini tələb edən dinc etiraz aksiyalarının mənəvi lideri hesab edilir. Amma Bəhreyn rejimi cari ilin iyunun əvvəllərində onun ölkə vətəndaşlığını ləğv edib.

Bəhreyn rejimi ayətullah İsa Qasimə qarşı bir sıra əsassız ittihamlar irəli sürüb.

Bundan sonra Bəhreyndə kütləvi aksiyalar baş qaldırıb. Aksiyaçılar bütün bu müddət ərzində ayətullahın mənzili ətrafında gecə-gündüz aksiya keçirməklə rejim qüvvələrinin şeyxi həbs etməsinə mane olublar. Maraqlı məqam budur ki, ayətullah İsa Qasim həmişə dinc aksiyaların tərəfdarı olub və zorakıçılığa qarşı sərt bəyanatlar verib.

Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031