Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » İraqın Bədr qüvvələrinin komandiri: "Mosulun qərbini Suriya sərhədlərinə kimi azad edəcəyik!"

İraqın Bədr qüvvələrinin komandiri: "Mosulun qərbini Suriya sərhədlərinə kimi azad edəcəyik!"

İraqın Bədr qüvvələrinin komandiri: "Mosulun qərbini Suriya sərhədlərinə kimi azad edəcəyik!"
İraqın "Neynəva biz gəlirik!" əməliyyatlarının komandiri Əbdül Əmir Rəşid Yarullah Mosulda aparılan əməliyyatlar barədə açıqlamasında, terrorçuların minalanmış maşınlarla İraq ordusunun mövqelərinə hücumlarının qarşısının alındığını deyib. "Terrorçuların minalanmış maşınlarla mövqelərimizə hücumları müvəffəqiyyətsiz oldu və 80 terrorçu hücum nəticəsində öldürüldü", - deyə o bildirib.
Deyerler.org Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, İraqın Bədr qüvvələrinin komandiri Hadi Əl-Amiri isə Mosuldakı son proseslərlə bağlı belə danışıb: "Əl-Haşduş Şabi qüvvələri 90 kilometr uzunluğa və 5 kilometr enə malik bir bölgəni azad edərək, Mosulun qərbində azad edilən ərazini 4500 kvadrat kilometrə çatdırdı. Biz Mosulun qərbindəki əraziləri Suriya sərhədlərinə qədər azad etməyə davam edəcəyik. Sonra isə İraq ordusu Mosul və Tel Afər arasındakı əlaqəni kəsib Terrorla Mübarizə Qüvvələrinə və Polisə müharibəni sona çatdırmağa kömək etmək üçün qayıdacağıq".
Müəllif: Admin | 19-12-2016, 18:56
Baxılıb: 171
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.