Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Gürcüstanın müdafiə naziri Türkiyənin Gürcüstandakı səfirini qəbul edib

Gürcüstanın müdafiə naziri Türkiyənin Gürcüstandakı səfirini qəbul edib

Gürcüstanın müdafiə naziri Türkiyənin Gürcüstandakı səfirini qəbul edib
Dekabrın 15-də Gürcüstanın müdafiə naziri Levan İzoria və Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü arasında görüş olub. Gürcüstan Müdafiə Nazirliyində baş tutan görüş çərçivəsində əsas mövzu hərbi-texniki əməkdaşlıq və gələcək planlar olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə Levan İzoria İstanbulda baş verən terror hadisəsi ilə bağlı türk xalqı və hökumətinə başsağlığı verib. L. İzoria ikitərəfli Türkiyə-Gürcüstan və üçtərəfli Gürcüstan-Türkiyə-Azərbaycan regional formatdan söhbət açıb. Gürcü nazir Türkiyə-Gürcüstan əlaqələrini yüksək qiymətləndirib. O, Türkiyənin NATO-ya üzv olan ölkəsi kimi Gürcüstan Silahlı Qüvvələrinin yenidən qurulmasında və Gürcüstan Silahlı Qüvvələrinin NATO-ya inteqrasiya olunması üçün fəal çalışdığını bildirib: “Biz silahlı qüvvələrimizin inkişaf etdirilməsi planı hazırlamışıq və bu işdə iştirak edən Türkiyə öz töhfəsini verir. Türkiyə və Gürcüstanın müdafiə sahəsində əməkdaşlığı vacibdir”, - L. İzoria qeyd edib.

Gürcüstanın müdafiə naziri L. İzoria NATO-Gürcüstan əhəmiyyətli paketinin Türkiyə tərəfindən dəstəkləndiyini, hərbi təhsil və hərbi-texniki əməkdaşlıq sahəsində Türkiyə ilə təcrübə mübadiləsinin həyata keçirilməsinin vacib olduğunu vurğulayıb.

Gürcüstanın müdafiə naziri və Türkiyə səfiri Zeki Levent Gümrükçü Gürcüstan, Türkiyə və Azərbaycan üçtərəfli formatın müdafiə sahəsində möhkəmləndirilməsi məsələsini də müzakirə ediblər. L. İzoria Azərbaycana səfər edəcəyini və ölkə prezidenti, baş nazir və müdafiə naziri ilə görüşəcəyini bildirib. O, Azərbaycana səfəri çərçivəsində hazırkı üçtərəfli formatın daha da möhkəmləndirilməsi və digər vacib məsələlər haqqında görüşlər keçirəcəyini qeyd edib.
Müəllif: Admin | 16-12-2016, 09:36
Baxılıb: 147
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.