HRW Nigeriya rəhbərliyindən Şeyx Zəkzəkinin dərhal azadlığa buraxılmasını tələb etdi
Müəllif: Admin
Tarix: 15-12-2016, 14:47
Bölmə: Xəbərlər
HRW Nigeriya rəhbərliyindən Şeyx Zəkzəkinin dərhal azadlığa buraxılmasını tələb etdi
Human Rights Watch (HRW) təşkilatı Nigeriya hökumətindən ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx Zəkzəkinin dərhal azadlığa buraxmalı olduğunu bildirib.

Deyerler.org xarici mətbuata istinadən xəbər verir ki, HRW Nigeriya İslam Hərəkatının üzərindəki təzyiqlərin götürülməsini tələb edib. Təşkilat 2015-ci ildə Nigeriya İslami Hərəkatının baş katibi Şeyx İbrahim Zəkzəki və xanımı Zinət İbrahimin mühakimə olunmadan həbsə məhkum edildiyini qeyd edib.

HRW-nin Nigeriyadakı təmsilçisi Mausi Sekun Nigeriya ordusunun islahatlar barədə üzərinə götürdüyü öhdəliyinə sadiq qalmadığını qeyd edib. "Zariya şəhərində baş verən hadisələrdən sonra, ordunun şəhərdə Nigeriya İslam Hərəkatına qarşı addımları bunun ən aydın göstəricisidir", - deyə o bildirib.

HRW Nigeriya İslam Hərəkatına qarşı həyata keçirilən cinayətlərdə iştirak edənlərin aşkarlanaraq, məhkəmə qarşısına çıxarılmalı olduğunu bildirərək, Şeyx Zəkzəki və xanımı Zinət İbrahimin azadlığa buraxılmasını istəyib.

Qeyd edək ki, HRW 2015-ci ilin dekabr ayında Nigeriyada ordunun Əhli-Beyt (ə) ardıcıllarına qarşı törətdiyi soyqırımların qanunsuz və vəhşicəsinə həyata keçirildiyini bildirərək, məsələnin müstəqil bir şəkildə araşdırmaq istədiklərini bildirib.

Oxşar xəbərlər
«    May 2017    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031