İbrahim Cəfəri: İraqın işğal altında olan torpaqlarının 70 %-i azad edildi
Müəllif: Admin
Tarix: 4-12-2016, 10:23
Bölmə: Xəbərlər
İbrahim Cəfəri: İraqın işğal altında olan torpaqlarının 70 %-i azad edildi
İraqın xarici işlər naziri İbrahim Cəfəri İŞİD terrorçularının işğal etdiyi İraq torpaqlarının 70 %-nin İraq qüvvələrinin səyi nəticəsində azad edildiyini bildirib.

Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, İbrahim Cəfəri İtaliyanın Roma şəhərində Aralıq Dənizi Dialoq Konfransındakı çıxışında belə bir açıqlama ilə çıxış edib. "İraq terrorizmlə mübarizədə ön cərgədədir. Lakin terrorizmlə mübarizə qlobal bir mübarizədir”, - deyə İraqın XİN rəhbəri bildirib.

Cəfəri çıxışı zamanı İraqın silahlı qüvvələrinin ölkəni terrorçulara qarşı müdafiə etdiyini bildirərək belə danışıb: “Qaçqınların problemləri dərhal həll olunmalıdır və ölkənin işğaldan azad edilən ərazilərində sabitlik bərpa olunmalıdır”.

Oxşar xəbərlər
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031