İraq xalq könüllüləri İraqın ikinci rəsmi ordusu oldu
Müəllif: Admin
Tarix: 27-11-2016, 21:51
Bölmə: Xəbərlər
İraq xalq könüllüləri İraqın ikinci rəsmi ordusu oldu
İraq könüllü döyüşçüləri (Həşdi Şəbi) İraqin ikinci ordu qüvvələri hesab olunub.

İnterAz “Farsnews” xəbər agentliyinə istinadən xəbər verir ki, İraq parlamentində terrorizmlə mübarizə aparan İraq “Həşdi Şəbi” döyüşçülərinin İraqın ikinci ordu qüvvələri olaraq qəbul edilməsi haqda qanun layihəsinə baxılıb və səs çoxluğu ilə qanun layihəsi qəbul edilib.

Verilən məlumata əsasən, bu qanun layihəsi İraqın baş naziri Heydər Əl-Abadi tərəfindən irəli sürülüb.

İrəli sürülən bu məsələ haqda bir neçə ay müddətində araşdırma aparılıb və bu gün parlamentin müzakirəsinə çıxarılan qanun layihəsi qəbul edilib.
Oxşar xəbərlər