Gürcüstan parlamenti hökumətin tərkibini təsdiq edib
Müəllif: Admin
Tarix: 27-11-2016, 10:13
Bölmə: Xəbərlər
Gürcüstan parlamenti hökumətin tərkibini təsdiq edib
Gürcüstan hökumətinin yeni tərkibi bu gün baş tutan növbəti parlament iclasında təsdiq olunub. Gürcüstanın baş naziri vəzifəsinə Giorgi Kvirikaşvilinin təyinatı təsdiqlənib. Dimitri Kumsişvili maliyyə naziri, həm də baş nazirin birinci müavini, Kaxa Kaladze energetika naziri və baş nazirin müavini vəzifəsinə təyin edilib.

Yeni hökumətin tərkibinə 3 yeni nazirin namizədliyi irəli sürülüb və həmin namizədlər bu gün deputatlar tərəfindən təsdiq olunublar. APA-nın Gürcüstan bürosunun məlumatına görə, yeni tərkibin təsdiqinə 110 nəfər “lehinə”, 19 nəfər “əleyhinə” səs verib.

Qeyd edək ki, Nodar Xaduri maliyyə naziri, İlya Eloşvili energetika naziri və Dimitri Kumsişvili iqtisadiyyat naziri vəzifəsindən azad edilib. Diaspora Məsələləri üzrə Nazirlik isə Gürcüstanın XİN tərkibinə qatılıb. Avropa və Avro-Atlantik məkana inteqrasiya məsələləri üzrə Dövlət naziri David Bakradze isə Gürcüstanın ABŞ-dakı səfiri vəzifəsinə təyin olunub.

Dimitri Kumsişvili - maliyyə naziri, baş nazirin birinci müavini,
Kaxa Kaladze - energetika naziri, baş nazirin müavini,
Qiorqi Qaxaria - iqtisadiyyat naziri,
Zurab Alavidze - regional inkişaf və infrastruktur naziri,
Viktor Dolidze - Avropa və Avro-Atlantik məkana inteqrasiya məsələləri üzrə Dövlət naziri vəzifəsinə təyin olunub.

Digər nazirlər öz vəzifələrində qalıblar.
Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31