BMT: Myanmar ordusu müsəlmanları məhv etmək istəyir
Müəllif: Admin
Tarix: 25-11-2016, 17:19
Bölmə: Xəbərlər
BMT: Myanmar ordusu müsəlmanları məhv etmək istəyir
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məsul şəxslərindən biri elan edib ki, Myanmar hökumət bu ölkənin müsəlmanlarını məhv etməyə çalışır.

Maide.Az xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi BBC-yə açıqlamasında deyib ki, Myanmarın silahlı qüvvələri Raxin əyalətində Rohingiya müsəlmanlarını qətliam edir və bir çox müsəlman qonşu ölkələrə qaçmaq məcbudiyyətindədir.

Myanmar hökuməti və ordusunun müsəlmanlara qarşı vəhşiliyi və qətliamına dair videolar və fotolar dünyada yayımlandığı bir vaxtda Myanmar hökuməti iddia edir ki, müsəlmanlara qarşı vəhşicəsinə davranmır.

Myanma hökuməti Raxin əyalətinə jurnalistlərin və xilasedcilərin girişini qadağan edib. Myanmar müsəlmanlarının sayı 1 milyon nəfərdir. İfratçı buddistlər müsəlmanlara qarşı vəhşilikləri və qətliamları ört-basdır etmək üçün iddia edirlər ki, onlar Banqladeşdən gəlib və qanunsuz miqrantlardır.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı elan edib ki, Myanma təhlükəsizlik qüvvələri kişiləri güllə ilə öldürür, uşaqların başını kəsir, qadınları zorlayırlar, evləri yandırırlar və bir qrup müsəlmanı məcbur ediblər ki, qayıqla Banqladeşə getsinlər.

Human Rights Watch elan edib ki, son 6 həftə ərzində Rohingiya müsəlmanlarına məxsus 1200-dən çox ev yandırılıb. /

Oxşar xəbərlər
«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031