Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin yeri bəlli oldu

İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin yeri bəlli oldu

İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin yeri bəlli oldu
İslamazeri.az “Al Alam”-ə istinadən xəbər verir ki, İraq mediası İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin yerini elan edib. Məlumata görə Bağdadi hazırda Neynəvanın cənubunda yerləşən Bəac və Təlafər bölgələri arasındadır.

Bağdadinin İraq-Suriya sərhədi arasında gediş-gəliş etdiyini bildirən mənbə deyib: “İŞİD üzvləri Bağdadini itirməyi gözə almırlar. Bu səbəbdən onun yer dəyişməsiylə bağlı tez-tez xəbərlər paylaşaraq iz itirmək istəyirlər. Bizdə olan dəqiq məlumata görə Bağdadi və İŞİD-in mühüm üzvləri hazırda Neynəvanın cənubundadırlar. Onun təhlükəsizliyi ərəb və qeyri-ərəblərdən olan mütəxəssislər tərəfindən təmin olunur.”

Müəllif: Admin | 22-11-2016, 11:18
Baxılıb: 150
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.