1000 İŞİD-çi məhv edildi: Mosul əməliyyatının növbəti mərhələsi başlayır
Müəllif: Admin
Tarix: 14-11-2016, 09:51
Bölmə: Xəbərlər
1000 İŞİD-çi məhv edildi: Mosul əməliyyatının növbəti mərhələsi başlayır
İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, İraqın Federal Polisi Mosulun cənub giriş hissələrini İŞİD terror təşkilatından təmizləyib və şəhərə cənubdan hücum etməyə hazırlaşır.

Qeyd edək ki, güc strukturu əməkdaşları ötən gün bildirmişdilər ki, Mosula cənubdan bitişik olan Neynəva əyalətinin bir hissəsi uğrunda gedən döyüşlərdə Federal Polis təxminən 100 yaşayış məntəqəsini İŞİD-dən azad edib və bununla yanaşı 900-dən çox terrorçunu da məhv edə bilib.

"Hazırda Federal Polis Mosul əməliyyatının növbəti mərhələsinə başlamağa hazırlaşır.", - deyə İraq Federal Polisinin komandanı general- leytenant Raid Şakir Cəvdət bildirib.

Oxşar xəbərlər
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031