Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » İmam Əlinin (ə) hərəminin baş katibi Ərbəin zəvvarlarına baş çəkdi

İmam Əlinin (ə) hərəminin baş katibi Ərbəin zəvvarlarına baş çəkdi

İmam Əlinin (ə) hərəminin baş katibi Ərbəin zəvvarlarına baş çəkdi
İmam Hüseynin (ə) Ərbəin mərasimi üçün milyonlarla zəvvarın müqəddəs Kərbəla şəhərinə gəlməsi gözlənilir.
Deyerler.org İmamali saytına istinadən xəbər verir ki, İraqa daxil olan zəvvarlar ilkolaraq Nəcəfül-Əşrəfdəki İmam Əlinin (ə) pak hərəmini ziyarət edirlər, daha sonra Kərbəla şəhərinə piyada yürüşdə iştirak edirlər.
İmam Əlinin (ə) pak hərəminin baş katibi Seyid Nizar Haşim Ərbəin ziyarəti üçün Nəcəfül-Əşrəfə gələn və hərəmdə yerləşən zəvvarlara baş çəkib. Hərəmin Fatimeyi Zəhra (s.ə) səhnini gəzən Seyid Nizar Haşim zəvvarlara edilən xidmətlər və onların qidalanması ilə maraqlanıb.

Bu arada Nəcəfül-Əşrəfi tərk edən zəvvarlar artıq müqəddəs Kərbəla torpağına üz tutublar.

Müəllif: Admin | 8-11-2016, 19:18
Baxılıb: 183
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.