Ayətullah Sübhani: "Alimlərin hamısının Qumda qalması düzgün deyil"
Müəllif: Admin
Tarix: 20-05-2014, 19:05
Bölmə: Xəbərlər
Ayətullah Sübhani: "Alimlərin hamısının Qumda qalması düzgün deyil"

"Bu alimlər ölkənin hər tərəfinə yayılmalı, alimlər yetişdirməlidirlər!"
İslamazeri.az-ın "Shafanqa"-ya istinadən verdiyi xəbərə görə, təqlid mərcələrindən Ayətullah Cəfər Sübhani elm hövzələrinin genişləndirilməsi barədə təklifə münasibət bildirib:


"Elm hövzələri və alimlərin olduğu bölgələrdə yaşayan insanların İslam mədəniyyətini anlamaq və yaşamaq baxımından daha üstün şəraitə malikdirlər.

Bu elm təşkilatları hər tərəfə yayılmalı və alimlərin ayaq basmadığı yer qalmamalıdır. Alimlərin hamısının Qum şəhərində qalmaları düzgün deyil. Onlardan bəziləri elm və irfana susamış olan bölgələrə gedib İslam dininin gözəlliklərini təbliğ etməlidirlər.

Bu gün peyklər vasitəsilə 40 televiziya kanalı fars dilində şiəlik əleyhinə təbliğat aparır. Bu gedişat qarşısında sakit qalmaq düzgün deyil. Alimlər fəal olub doğru məlumatları insanlara çatdırmalı və səhv məlumatları düzəltməlidirlər. Şiəlik əleyhinə təbliğat aparan bu kanallara qarşı həqiqəti yaymalıdılar.

Bir çox yerdə dini izah edəcək və insanları şüurlandıracaq alim yoxdur. Belə bir vəziyyətdə bütün alimlərin Qumda qalmaları düzgün deyil. Bu alimlər ölkənin hər tərəfinə yayılmalı, alimlər yetişdirməlidirlər."
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031