Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Suriya: Hava sahəmizə daxil olan Türk döyüş təyyarələrini düşürərik

Suriya: Hava sahəmizə daxil olan Türk döyüş təyyarələrini düşürərik

Suriya: Hava sahəmizə daxil olan Türk döyüş təyyarələrini düşürərik
İslamazeri.az-ın “sputniknews”-a istinadən verdiyi xəbərə görə, Suriya ordusu hava sahəsinə girən hər hansı bir Türkiyə döyüş təyyarəsinə gücü yetəcəyini, qırıcıların isə düşürüləcəyini açıqlayıb.


Türkiyənin Suriyada davam etdirdiyi "Fərat Qalxanı" əməliyyatı çərçivəsində dünən gecə ölkənin şimalına hava əməliyyatı keçirməsinin ardından Suriya ordusundan verilən açıqlamada bu ifadələrə yer verilib: "Suriya hava məkanını bir daha pozmağa çalışacaq Türk döyüş təyyarələri barədə lazım olan ediləcək və bütün imkanlar istifadə edilməklə düşürüləcək".

Açıqlamada Türkiyənin çərşənbə gecəsi Kürd qəsəbələrinə qarşı keçirdiyi hava əməliyyatında 150 mülki vətəndaşın həyatını itirdiyi də qeyd olunub.

Türkiyə Silahlı Qüvvələrindən verilən açıqlamada Suriyanın şimalında, YPG-nin yeni nəzarət altına aldığı ərazidə yerləşən 18 hədəfə 26 bomba atıldığı və əməliyyat nəticəsində 160-200 YPG-linin öldürüldüyü bildirilmişdi. AP-yə danışan Mahmud Barkadan adlı YPG komandiri isə atılan bombalar nəticəsində yalnız 10 YPG-linin öldüyünü bildirmişdi.
Müəllif: Admin | 21-10-2016, 10:55
Baxılıb: 167
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.