Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Ayətullah Şirazi: "Bu elə bir sevgidir ki..."

Ayətullah Şirazi: "Bu elə bir sevgidir ki..."

Ayətullah Şirazi: "Bu elə bir sevgidir ki..."
"Burada nəzərdə tutulan sevgi çox dərin təsiri olan sevgidir"
İslamazeri.az-ın "Shafaqna"-ya istinadən verdiyi xəbərə görə, tanınmış mərcələrdən Ayətullah Məkarim Şirazi İmam Əli (ə) sevgisindən danışıb:
"Həzrət Rəsulullah (s) bir hədisdə buyurur: "Möminin əməl dəftərinin əvvəli Əli ibn Əbu Talibi (ə) sevməkdir."
Burada nəzərdə tutulan sevgi çox dərin təsiri olan sevgidir. Əməldə, rəftarda, həyat tərzində özünü göstərən sevgidir.
Bu elə bir sevgidir ki, insanın əməllərində və həyat tərzində ciddi dönüş yaradır. Onun həyat tərzi sevdiyinin həyat tərzinin bənzədir. Bu həqiqi məhəbbətin xüsusiyyətidir.
Həqiqi məhəbbət aşiq və məşuqun əxlaqını birləşdirər, onu məhbuba bənzədər. Əli (ə) sevgisi sadəcə şüar olmamalıdır. Əgər Əli (ə) sevgisi imanın əlaməti sayılırsa, bu məhəbbəti anlamaq lazımdır."
Müəllif: Admin | 13-05-2014, 21:32
Baxılıb: 502
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.