13 Rəcəb- Atalar Günü
Müəllif: Admin
Tarix: 13-05-2014, 12:38
13 Rəcəb- Atalar Günü
Rəcəb Ayının 13-ü Həzrət Əli(ə.s)ın viladətinin ildönümü günü və Şiə Aləmində “Atalar Günü”dür.

Hicri Qəməri tarixi ilə Rəcəb ayının 13-ü, dünya şiələrinin birinci imamı həzrət Əmirəlmöminin Əli(ə.s)ın mövludunun ildönümü günüdür.

Məhəmməd Mustafa(s.ə.s)ın əmisi oğlu olan həzrət Əli(ə.s) rəcəb ayının 13-də, Kəbə divarının anası Fatimə Binti-Əsədin üzünə açılaraq, onun Kəbə evinə daxil olmasından sonra, Allah evində dünyaya göz açdı.

Hələ yeniyetməlik yaşlarından Əziz İslam Peyğəmbəri(s.ə.s)ın yanında böyüyüb, başa çatan həzrət Əli(ə.s) İslam dininə iman gətirən ilk kişi və Nəbiyyi-Əkrəm(s.ə.s) tərəfindən İslam Dinin təbliği və rəvac verilməsində o həzrətin əsas yardımçısı hesab edilirdilər.

Əmirəlmöminin Əli(ə.s) həzrət Məhəmməd(s.ə)ın əziz qızı həzrət Fatimə(s.ə) ilə həyat qurur ki, bu səmavi nikahın nəticəsi İmam Həsən(ə.s) və İmam Hüseyn(ə.s) idilər. Onların əziz nəslindən İslam Ümmətinin hidayəti və Əziz İslam Peyğəmbərinin risalətinin davamı üçün Əhli-Beyt(ə.s) dünyaya göz açdılar.

Əziz İslam Peyğəmbəri Həzrət Əli(ə.s) Qədiri-Xum Bayramında müsəlmanlara xitabən belə buyurdular:" Hər kəs ki, mən onun vəlisi və mövlasıyam, məndən sonra Əli onun vəlisi və mövlasıdır".

Gürcüstan xalqı İmamətin atası olan Həzrət Əli(ə.s)ın anadan olmasının ildönümü gününü “Ata Günü” olaraq əziz saxlayırlar.

"Əhli-Beyt" İnternet Qəzeti, Dünya Şiələrinin birinci imamı Həzrət İmam Əli(ə.s)ın mövlud gününün ildönümü münasibəti ilə bütün dünya müsəlmanları və azadlıqsevərlərini təbrik edir.
Oxşar xəbərlər