Kərbəlada partlayış: çoxlu sayda ölən və yaralanan var
Müəllif: Admin
Tarix: 29-08-2016, 13:13
Bölmə: Xəbərlər
Kərbəlada partlayış: çoxlu sayda ölən və yaralanan var
İslamazeri.az-ın AFP-ə istinadən verdiyi xəbərə əsasən, İraqda kamikadze tərəfindən törədilmiş partlayışda 18 nəfər həyatını itirib.

Partlayış Kərbəla əyalətinin Eyn ət-Təmur şəhərində baş verib. Agentliyin məlumatına əsasən, hücum “canlı bomba” kəmərləri, tüfənglər və qumbaralar ilə silahlanmış 5 terrorçu-kamikadze tərəfindən törədilib.

“Onların Kalaşnikov avtomatları, əl qumbaraları var idi. Onlardan biri özünü partladıb, digərlərini isə güc strukturları əməkdaşları öldürüb.”,
- deyə hərbi əməliyyatların komandanı Qais Xələf bildirib.

Yerli şuranın üzvü və tibb işçiləri arasında olan mənbədən agentliyə bildiriblər ki, partlayış bazar günü gecə saatlarında baş verib və 26 nəfər də yaralanıb.

Qeyd edək ki, Kərbəla əyalətində əsasən şiələr yaşayırlar.
Oxşar xəbərlər
«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031