Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq

Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq

Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Avqustun 18-də Bakı və Abşeron yarımadasında hava yağmursuz olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Maide.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturu yarımadada gecə 22-26, gündüz 31-36, Bakıda gecə 24-26, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 35-45% təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 15-20, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, avqustun 18-19-da Abşeron yarımadasında günorta saatlarında isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.
Müəllif: Admin | 17-08-2016, 21:49
Baxılıb: 113
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.