Buddistlər müsəlmanları məhv etmək üçün ordu yaradırlar
Müəllif: Admin
Tarix: 8-05-2014, 17:05
Bölmə: Xəbərlər
 Buddistlər müsəlmanları məhv etmək üçün ordu yaradırlar

"Müdafiə ordusunun" yaradılması onların qaçqın düşərgələrində yerləşən müsəlmanlara qarşı zorakılığa rəsmən icazə vermiş olacaq.
Buddist siyasi və ictimai liderlər Rakhayn ştatında keçirilən konfransın yekunları üzrə "Arakan Milli Müdafiə Ordusu" yaradılması barədə razılığa gəliblər.
"Bu qərar regionda mövcud vəziyyətin təhlilinin nəticələri əsasında qəbul edilib. Ordunun yaradılması Arakanın bütün əhalisinin maraqlarını təmsil edir. Hökümət bu variantı ciddi şəkildə nəzərdən keçirir", - deyə Arakanın milli konfransının nümayəndəsi Ni Ni Monq bildirib.

Buddistlər onsuz da son illər müsəlmanların həyatını demək olar ki, kabusa çeviriblər. Onları doğma yerlərindən qovur, qadınları və uşaqları qətlə yetirirlər. İndi isə "müdafiə ordusunun" yaradılması onların qaçqın düşərgələrində yerləşən müsəlmanlara qarşı zorakılığa rəsmən icazə vermiş olacaq. Ordu yaradılması fikrinə münasibət bildirən hüquq müdafiçiləri bu fikirdədirlər.

Qeyd edək ki, bir neçə gün bundan öncə, Rakhayn ştatında radikal buddistlərin rohinya müsəlmanlarına qarşı növbəti basqını olub. Hadisə nəticəsində qadın və uşaq olmaqla 48 nəfər həlak olub. Bu hadisəni BMT təsdiq etsə də Myanma höküməti bunu inkar edib.
islaminsesi.az
Oxşar xəbərlər
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930