Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Şeyx Zəkzəkinin azadlığa buraxılması tәlәbilә paytaxt Abucaya piyada yürüş keçirildi (Foto)

Şeyx Zəkzəkinin azadlığa buraxılması tәlәbilә paytaxt Abucaya piyada yürüş keçirildi (Foto)

Şeyx Zəkzəkinin azadlığa buraxılması tәlәbilә paytaxt Abucaya piyada yürüş keçirildi (Foto)
Nigeriya İslam Hərəkatının (İMN) bir qrup fəalı, həbsdə qanunsuz olaraq saxlanılan şeyx İbrahim Zəkzəkinin dərhal qeyd-şərtsiz azadlığa buraxılması tələbilə paytaxt Abucaya 330 kilometrlik yolu piyada yürüş ediblər.

Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, İMN fəalları paytaxt Abucadakı Nigeriya Milli İnsan Haqları Komissiyasının binası qarşında toplaşaraq, qanunsuz yerə həbsdə saxlanılan şeyx Zəkzəkinin səhhətinin vəziyyətilə bağlı narahatlıqlarını bildirən şüarlar səsləndiriblər.

Nümayişçilər Nigeriya Milli İnsan Haqları Komissiyasına şeyx Zəkzəkinin dərhal həkim müayinəsindən keçməsilə bağlı hökumət qarşısında tələb qaldırmasını istəyiblər. Komissiyaya edilən müraciətdə şeyx Zəkzəkinin bir gözünün baxımsızlıq sәbәbilә kor olduğu və digər gözünün də kor olma təhlükəsilə üzləşdiyi bildirilib.

Fәallar 7 gün ərzində 330 kilometrlik yolu piyada yürüş edib paytaxt Abucada şeyx İbrahim Zəkzəkinin dərhal qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər.


Şeyx Zəkzəkinin azadlığa buraxılması tәlәbilә paytaxt Abucaya piyada yürüş keçirildi (Foto)
Şeyx Zəkzəkinin azadlığa buraxılması tәlәbilә paytaxt Abucaya piyada yürüş keçirildi (Foto)
Şeyx Zəkzəkinin azadlığa buraxılması tәlәbilә paytaxt Abucaya piyada yürüş keçirildi (Foto)
Şeyx Zəkzəkinin azadlığa buraxılması tәlәbilә paytaxt Abucaya piyada yürüş keçirildi (Foto)
Müəllif: Admin | 11-08-2016, 09:24
Baxılıb: 216
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.