Müsəlman uşaqlar Myanmada naməlum xəstəliyin qurbanı olur; hökumət bu vəziyyətə heç bir reaksiya vermir
Müəllif: Admin
Tarix: 9-08-2016, 13:35
Bölmə: Xəbərlər
Müsəlman uşaqlar Myanmada naməlum xəstəliyin qurbanı olur; hökumət bu vəziyyətə heç bir reaksiya vermir
Myanmanın şimal-qərbində əsasən müsəlmanların məskunlaşdığı ərazilərdə naməlum xəstəlik körpə uşaqlara qənim kəsilib.

Maide.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, naməlum xəstəlik əsasən uşaqlarda tənəffüs problemləri yaradır və onların həlak olmasına səbəb olur.

Son iki ay ərizndə vəziyyət daha da pisləşib lakin Myanma hökuməti bu vəziyyətə heç bir reaksiya vermir. Həlak olan uşaqların qan nümunələri laboratoriyalara göndərilib. Hökumət və Myanma Səhiyyə Nazirlyi bu məsələ ilə bağlı heç bir açıqlama vermir.

Qeyd edək ki, Myanmada müsəlmanların əksəriyyəti Myanma vətəndaşlığı haqqından məhrumdur və aparteidə bənzər bir şəraitdə yaşayır. Heç bir beynəlxalq orqan bu dini azlığın qırğını və incidilməsinə önəm vermir və susur.
Oxşar xəbərlər
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031