Yunanıstan parlamenti Afinada ilk məscidin tikintisinə icazə verdi
Müəllif: Admin
Tarix: 5-08-2016, 17:50
Bölmə: Xəbərlər
Yunanıstan parlamenti Afinada ilk məscidin tikintisinə icazə verdi
Yunanıstan parlamentinin nümayəndələri bəzi etirazlara baxmayaraq, yeni bir layihə təsdiqləyib və bu layihə əsasında bu ölkənin paytaxtı Afinada ilk məscidin tikintisinə rəsmi icazə verilir.

Maide.Az xəbər verir ki, bu layihə ötən gün Yunanıstan parlamentində təsdiqlənib.

Layihənin müzakirəsi zamanı iki partiya (Müstəqil Yunanlılar Partiyası- hökumətə yaxın partiya, və İfratçı Sağçı Qızıl Şəfəq partiyası) məscidin tikilməsi layihəsinə etiraz ediblər.

Parlamentin təsidqlədiyi bu layihə 10 ilə yaxındır bu ölkənin paytaxtında tikilməsi təxirə salınan məscidin idari prosedurasındakı maneələri aradan qaldıracaq və işi tezləşdirəcək.

Afinada məscid tikintisi uzun müddət idi ki, qadağan olunmışdı və bu şəhər Avropada məscid olmayan yeganə paytaxtdır.

Yunanıstan müsəlman cəmiyyətinin baş katibi Nəim Əl-Ğondura bir müddət öncə demişdi ki, Yunanıstan dövləti ölkə ərazisində məscidlərin inşa edilməsini qadağan edib və müsəlmanlar öz namazlarını yeraltı və gizli məscidlərdə qılmağa məcburdurlar.

O əlavə edib ki, kilsə icazə vermədiyi üçün müsəlmanlar bir məscidə belə sahib deyillər.

Xatırladaq ki, iki il öncə də Yunanıstandakı müsəlmanlar 500 nəfərlik məscidin tikilməsi üçün müraciət etmişdi, ancaq parlamentdə keçirilən iclasda məscidin 350 nəfərlik olması qərarlaşdırılıb.

Yunanıstan 10 milyondan çox əhaliyə malikdir və bu ölkədə müsəlmanların sayı artmaqdadır və hal-hazırda Yunanıstanda 700 min müsəlman yaşayır ki, onların 200 mindən çoxu Afina şəhərinin sakinidir .
Oxşar xəbərlər
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031