Səudiyyə yəmənlilərin bu ilin həcc mərasiminə yollanmasına imkan verməyib
Müəllif: Admin
Tarix: 3-08-2016, 09:23
Bölmə: Xəbərlər
Səudiyyə yəmənlilərin bu ilin həcc mərasiminə yollanmasına imkan verməyib
“Səudiyyə Yəməndən hacıların ezam edilməsində maneələr yaradır”
İslaminSesi “Yəmən əl-Youm”-a istinadla xəbər verir ki, bu barədə Yəmənin Vəqf və Həcc Təşkilatının bəyanatında deyilir.

Bildirilib ki, Yəməndən yollanan rəsmi heyətlərə və tərəflər arasında vizaların verilməsi, bank mübadiləri proseslərinin təmin edilməsini ehtiva edəb imzalanmış anlaşmalara baxmayaraq, Səudiyyə zəvvarların ezam edilməsində öhdəsinə düşən addımları atmır.

Əlavə edilib ki Səudiyyənin bu mövqeyi yəmənli zəvvarların ötən ilki kimi həccdən məhrum etmək xarakteri daşıyır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı bu ilin həcc mərasiminə getmək istəyən iranlı zəvvarlar üçün də süni maneələr yaratmışdı. Səudiyyə Ərəbistanın maneə yaradan addımalrından sonra İran bu il həccə ezamiyyətini ləğv edib.
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930