Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Gürcüstanda baş verən ağır yol qəzasında 3 nəfər ölüb, 4-ü xəsarət alıb

Gürcüstanda baş verən ağır yol qəzasında 3 nəfər ölüb, 4-ü xəsarət alıb

Gürcüstanda baş verən ağır yol qəzasında 3 nəfər ölüb, 4-ü xəsarət alıb
Kutaisi-Samtrediya magistral avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, yüksək sürətlə hərəkət edən iki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Ölənlər yeni evlənən iki gənc və onların dostu olub. Qəzaya səbəb kimi yüksək sürət göstərilir. Qeyd olunur ki, avtomobili idarə edən sürücülər yol əməliyyat qaydalarını kobudcasına pozublar. Hadisə ilə bağlı araşdırma aparılır.
Müəllif: Admin | 2-08-2016, 10:57
Baxılıb: 325
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.