Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Gürcüstanda azyaşlı azərbaycanlı boğularaq ölüb

Gürcüstanda azyaşlı azərbaycanlı boğularaq ölüb

Gürcüstanda azyaşlı azərbaycanlı boğularaq ölüb
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunun Qaracalar kəndində bədbəxt hadisə baş verib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, kənddə yaşayan İlkin Tuştiyevin bir yaş yeddi aylıq olan oğlu Vəli Tuştiyev vannada ölü halda tapılıb.

Ailənin yaxınları APA-ya bildiriblər ki, hadisə Rusiya vətəndaşı İlkin Tuştiyevin kənddə olan evinin həyətində qeydə alınıb. Diqqətdən yayınan uşaq həyətə qoyulmuş su dolu vannaya girib, bir qədər sonra valideynləri onu boğulmuş halda tapıblar.

Uşaq təcili olaraq xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.


Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 116-cı maddəsi üzrə araşdırma aparılır.
Müəllif: Admin | 22-07-2016, 22:38
Baxılıb: 323
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.