Nigeriya xalqı Şeyx Zəkzəkinin dərhal və qeyd-şərtsiz azadlığa buraxılması tələbilə mitinqləri davam etdirir
Müəllif: Admin
Tarix: 11-06-2016, 21:52
Bölmə: Xəbərlər
Nigeriya xalqı Şeyx Zəkzəkinin dərhal və qeyd-şərtsiz azadlığa buraxılması tələbilə mitinqləri davam etdirir
Nigeriya Əhli-Beyt (ə) ardıcılları İslam hərəkatının lideri Şeyx İbrahim Zəkzəki və hərəkatın digər üzvlərinin dərhal və qeyd-şərtsiz azadlığa buraxılması tələbilə Nigeriyanın müxtəlif şəhərlərində mitinqlər keçirməyə davam edir.

Iyunun 10-u cümə günü Kano, Jalinqo və Yola şəhərlərində keçirilən mitinqlərdə minlərlə insan iştirak edib.

Kano şəhərindəki məsciddə cümə namazından sonra, keçirilən mitinqdə nümayişçilər hökumətin keçən ilin dekabr ayının 12-13-də Zariyadakı Bıqiyyətullah Hüseyniyyəsinə və Şeyx Zəkzəkinin evinə silahlı hücum təşkil edən ordu rəhbərlərilə bağlı heç bir tədbir görməməsini qınayıblar. Mitinq iştirakçıları Şeyx Zəkzəki və həbs də olan digər İMN üzvlərinin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər. (Deyerler.org)
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031