Amnesty International Şeyx Əli Salmanın qeyd-şərtsiz azadlığa buraxılmasını tələb etdi
Müəllif: Admin
Tarix: 31-05-2016, 19:47
Bölmə: Xəbərlər
Amnesty International Şeyx Əli Salmanın qeyd-şərtsiz azadlığa buraxılmasını tələb etdi
İslaminsesi-nin verdiyi məlumata görə, beynəlxalq Amnesty International təşkilatı Bəhreyn rejiminin ölkənin din alimi və əl-Vəfaq Milli İslam Cəmiyyəti müxalifət partiyasının baş katibi Şeyx Əli Salmana oxunmuş həbs qərarının siyasi motivli olduğunu bildirib.

"Bəhreyn hakimiyyəti ifadə azadlığı hüququna şok hücum edərək müxalifət lideri Şeyx Əli Salmanın hökuməti tənqid etdiyi çıxışlarına görə onun həbs cəzasını dörd ildən doqquz ilə artırıb.

Şeyx Əli Salmana qarşı ittiam açıq-aşkar siyasi motivlidir və başqalarının hətta qanuni və sülh tələb edən islahatların cəzasız qalmayacağı mesajını göndərmək üçün nəzərdə tutulub. O, vicdan məhbusudur və ilk növbədə heç vaxt məhkəmə qarşısına çıxarılmamalıdır. O, dərhal və qeyd-şərtsiz azadlığa buraxılmalıdır" deyə, Amnesty International Təşkilatının Yaxın Şərq və Şimali Afrika Proqramının direktor müavini Ceyms Lunç bildirib.
Oxşar xəbərlər
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031