Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Nyu York Universitetinin tələbələrindən İsrail rejiminə etiraz

Nyu York Universitetinin tələbələrindən İsrail rejiminə etiraz

Nyu York Universitetinin tələbələrindən İsrail rejiminə etiraz

Yəhudi tələbələrin universitet yataqxanasını boşaltmaları barədə "Təxliyyə Bildirişi"
İslamazeri.az-ın "Haber365"-ə istinadən verdiyi xəbərə görə, Nyu York Universitetinin tələbələri işğalçı İsrailin fələstinlilərə təzyiqlərini baykot etmək üçün maraqlı addım atıblar.

Belə ki, universitetin yataqxanasında qalan yəhudi tələbələrin otaqlarının qapısına "Təxliyyə Bildirişi" asılıb.

Fələstin tərəfdarı tələbələrin asdığı bildirişdə otaqlarını boşaltmadıqları təqdirdə onların və əşyalarının başlarına gələcəklərindən məsuliyyət daşımayacaqları qeyd edilib.

Bildirişin sadəcə İsrail rejiminin fələstinlilərə tətbiq etdiyi zorakılığa etiraz xarakteri daşıdığı, üzərində böyük hərflərlə "Bu həqiqi təxliyyə əmri deyil" yazılmasından məlum olur.

Həmçinin bildirişdə 1697-ci ildən bu günə kimi 27 min fələstinlinin evlərinin dağıdıldığı, 160 min fələstinlinin evsiz qaldığı da qeyd edilib.
Nyu York Universitetinin tələbələrindən İsrail rejiminə etiraz
Müəllif: Admin | 26-04-2014, 20:38
Baxılıb: 328
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.