Londonda şeyx Zəkzəkinin azad edilmәsi tələbilə etiraz aksiyası keçirildi
Müəllif: Admin
Tarix: 15-05-2016, 09:15
Bölmə: Xəbərlər
Londonda şeyx Zəkzəkinin azad edilmәsi tələbilə etiraz aksiyası keçirildi
Nigeriya prezidenti Muhammadu Buxari korrupsiyaya qarşı mübarizə sammitində iştirak etmək üçün səfər etdiyi Londonda, İnsan Haqları üzrə İslam Komissiyası (İHRC) tәrәfindәn tәşkil olunan böyük bir etiraz aksiyası ilə qarşılaşıb.

Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, İHRC-nin etiraz etməkdə məqsədi 350-dən çox Əhli-Beyt (ə) ardıcılı olan müsəlmanın Nigeriya ordusu tərəfindən qətlə yetirilməsi, Zariya qətliamı və Nigeriyanın (İMN) İslam Hərəkatının lideri şeyx İbrahim Zəkzəki və İMN fəallarının qanunsuz həbs edilməsinə diqqəti cəlb etməkdir.

Qeyd edək ki, Nigeriya ordusu keçən ilin dekabrın 12-14 tarixlərində Zariya əyalətində yerləşən Bəqiyyətullah Hüseyniyyəsində yüzlərlə silahsız müsəlmanı qətlә yetirib. Qətliamın izini itirmək üçün ordu yüzlərlə müsəlmanı yandırmış və kütləvi şəkildə dəfn edib. Qətliam vaxtı ağır yaralanan Nigeriya Əhli-Beyt (ə) ardıcıllarının lideri şeyx İbrahim Zəkzəki və xanımı Zinət İbrahim indiyə qədər qanunsuz olaraq ordu həbsxanasında ağır vәziyyәtdә saxlanılır.
Oxşar xəbərlər
«    May 2017    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031