Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Diyarbəkirdə törədilən partlayış nəticəsində 3 nəfər ölüb, 42 nəfər yaralanıb

Diyarbəkirdə törədilən partlayış nəticəsində 3 nəfər ölüb, 42 nəfər yaralanıb

Diyarbəkirdə törədilən partlayış nəticəsində 3 nəfər ölüb, 42 nəfər yaralanıb
Türkiyənin Diyarbəkir şəhərində törədilən partlayış nəticəsində 3 nəfər ölüb, 42 nəfər yaralanıb. APA-nın məlumatına görə, bu barədə Diyarbəkir valisi administrasiyasının məlumatında bildirilir.

“Diyarbəkirin Bağlar rayonunda saxlanılan PKK terrorçularını həkim müayinəsinə aparan mikroavtobusun yaxınlığında minalanmış avtomobil partladılıb. Partlayış nəticəsində 12-si polis və 33-ü mülki şəxs olmaqla 45 nəfər yaralanıb, onlardan üçü sonradan xəstəxanada keçinib”, - deyə məlumatda bildirilir.

Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

Türkiyənin Diyarbəkir şəhərində polislərə qarşı terror aktı törədilib.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, şəhərin Batıkənt meydanında polisləri daşıyan avtobusda partlayış baş verib. Nəticədə 15-i polis əməkdaşı olmaqla, çoxlu sayda insan yaralanıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım maşını göndərilib. Yaralılar xəstəxanalara daşınıb.
Müəllif: Admin | 10-05-2016, 22:19
Baxılıb: 119
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.