Səudiyyənin çətin şərtlərinə görə bu il iranlılar həccə getməyəcək
Müəllif: Admin
Tarix: 9-05-2016, 10:36
Bölmə: Xəbərlər
Səudiyyənin çətin şərtlərinə görə bu il iranlılar həccə getməyəcək
“Səudiyyə Ərəbistanın vizaların verilməsində və İran təyyarələrinin uçuşunda qoyduğu çətin şərtlərə görə, bu il iranlıların təməttü həccinə ezamı ləğv edilir”
İslaminSesi FarsNews-a istinadla xəbər verir ki bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Məhəmməd-Həsən Əsfəri məlumat verib.
Mənbə ötən gün İran parlamentinin sözügedən komissiyasının ölkənin Həcc təşkilatının nümayəndələri ilə keçirilən toplantısına toxunaraq, bu il iranlıların həccə göndərilməsinin ehtimalının çox az olduğunu bildirib.
Mənbə bəyan edib ki Səudiyyə Ərəbistanı həcc mərasiminin işlərini görmək istəyən və həcc öncəsi Səudiyyəyə ezam olunan İranın Həcc Təşkilatının üzvlərinə belə viza verməkdə çətinliklər yaradır.
Məhəmməd-Həsən Əsfəri bildirib ki Səudiyyə İraq Suriya və digər bölgələrdəki terror faliyyətlərinin alınmamasından çox narahatdır və bu istiqamətdə həcc məsələsindən siyasi yöndə istifadə edir
Məhəmməd-Həsən Əsfəri ötən ilin həcc mərasimində Mina faciəsində həlak olan 460 iranlı hacının və həmçinin Məscidul-Həramda kranın aşması nəticəsində həlak olan iranlılar üçün hələ də heç bir kompensasiyanın ödənilmədiyini bildirərək, bu zəmində ölkənin Həcc təşkilatı qarşısında bəzi tapşırıqların qoyulduğunu deyib .
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930