Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » İsveçrədə ilk İslam universiteti açılacaq

İsveçrədə ilk İslam universiteti açılacaq

İsveçrədə ilk İslam universiteti açılacaq

İslam Universitetində İslam dəyərləri, müqəddəs Qurani-Kərim və hədislər öyrədiləcək.
Nardaranpiri.com-un İslaminsesi.az-a istinadən verdiyi xəbərə görə, İsveçrə müsəlmanlarının alman dilində İslami biliklərə yiyələnməsinə yardımçı olacaq.
"Hazırda alimlər İslam ölkələrində fəaliyyət göstərən İslam Universitetlərin fəaliyyət prinsipləri üzrə tədris proqramı hazırlayırlar", deyə yeni inistitun himayəçilik şurasının üzvlərindən biri Abdulla Nikolas Blanşo qeyd edib.

Tədqiqat inistitutu İsveçrənin Məşvərət Şurası tərəfindən yaradılıb. Şuranın bəyanatında qeyd olunur ki, İslam Universitetində İslam dəyərləri, müqəddəs Qurani-Kərim və hədislər öyrədiləcək. Bundan əlavə universitetdə təkcə müsəlmanlar deyil, digər dinlərə mənsub insanlar da təhsil ala biləcəklər.

Qeyd edək ki, İsveçrədə təxminən yarım milyon müsəlman var. Ölkə əhalisinin ümumi sayının 8 milyon nəfərdən artıq olduğunu nəzərə alsaq, bu, kifayət qədər sanballı rəqəmdir.
Müəllif: Admin | 25-04-2014, 17:04
Baxılıb: 374
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.