Pentaqon: İraq ordusu Hit şəhərini tam olaraq İŞİD-dən təmizləyib
Müəllif: Admin
Tarix: 21-04-2016, 11:27
Bölmə: Xəbərlər
Pentaqon: İraq ordusu Hit şəhərini tam olaraq İŞİD-dən təmizləyib
İslamazeri.az “RT”-yə istinadən xəbər verir ki, İraqın Ənbar vilayətindəki Hit şəhəri hökümət qoşunları tərəfindən İŞİD-dən azad edilib.

Pentaqonun nümayəndəsi Stiv Uorren bildirib ki: “İraq ordusu ötən həftə Fərat çayının dərəsində yerləşən Hit şəhərini İŞİD-in əlindən alaraq, onu İraq xalqına geri qaytarıb.”

Onun sözlərinə görə, ötən həftə ərzində İraq ordusu Dəclə çayı vadisində İŞİD-in bir neçə ciddi hücumunun qarşısını ala bilib.

100 mindən çox əhalisi olan Hit şəhəri, 2014-ci ilin oktyabr ayında bir həftə çəkmiş döyüşlərin nəticəsində İŞİD tərəfindən işğal edilib və o zamandan da terrorçuların nəzarəti altında idi.

Oxşar xəbərlər