Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Əfqanıstanda dəhşətli terror aktı - azı 6 ölü, 20 yaralı

Əfqanıstanda dəhşətli terror aktı - azı 6 ölü, 20 yaralı

Əfqanıstanda dəhşətli terror aktı - azı 6 ölü, 20 yaralı
İslaminsesi-nin interfax.ru-ya istinadən verdiyi məlumata görə, çərşənbə axşamı səhər saatlarında Kabildə bomba yüklü avtomobilin partlaması nəticəsində ən azı altı nəfər həlak olub və 20 nəfər yaralanıb.


Hadisə yerli vaxtla saat 9:00 radələrində Əfqanıstanın paytaxtının Maliyyə və Müdafiə Nazirliklərinin, həmçinin Milli Təhlükəsizlik İdarəsinin, NATO-nun qərargahı, ABŞ səfirliyinin binalarının yerləşdiyi Pul-e-Mahmud Xan rayonunda törədilib.

İlkin məlumatlara əsasən, bomba yüklü avtomobil Milli Təhlükəsizlik İdarəsi binasının yaxınlığında kamikadze rtərəfindən partladılıb və sonra atışma baş verib.

Hadisəyə görə məsuliyyətini Taliban qruplaşması öz üzərinə götürüb.


Müəllif: Admin | 19-04-2016, 11:51
Baxılıb: 100
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.