Gürcüstan Rusiya ilə qaz nəqli müqaviləsini yeniləyib
Müəllif: Admin
Tarix: 8-04-2016, 08:29
Gürcüstan Rusiya ilə qaz nəqli müqaviləsini yeniləyib
Gürcüstan və Rusiyanın "Qazprom" şirkəti Ermənistana Gürcüstan ərazisindən nəql olunan qazın hazırkı tranzit şərtlərinin uzadılması barədə saziş imzalayıblar.

İslaminSesi- "Report" "Qruziya Online" saytına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Energetika Nazirliyindən bildirilib.

Gürcüstan Ermənistana nəql olunan Rusiya qazına görə tranzit haqqı olaraq 10% təbii qaz almaqda davam edəcək.

Gürcüstan energetika nazirinin müavini Mariam Valişvili qeyd edib ki, eyni şərtlərlə saziş üzrə əlavə razılaşma var.

O bildirib ki, hazırda saziş qüvvəyə minmək üçün Gürcüstan hökumətində daxili prosedurlardan keçir.

"Razılıq bir il müddətinə əldə edilib və bu ilin sonuna kimi təyin olunub", - deyə nazir müavini bildir.
Oxşar xəbərlər