Neye gore Allahin ismini cekende ayaga galxmiriq, amma Imam zamanın (a.s.) adini cekende ise ayaga galxiriq?
Müəllif: Admin
Tarix: 13-04-2014, 19:49
Bölmə: Sual-Cavab
Əssəlamu-əleykum! Mənə bele bir sual verdiler: Neye gore Allahin ismini cekende ayaga galxmiriq, amma Imam zamanın (a.s.) adini cekende ise ayaga galxiriq?

eldar-1e@mail.ru

Əleykumus-səlam və Rəhmətullah!
- Cavab: Ayağa qalxmaq ehtiram əlamətidir. Ayağa qalxmaq ağanın əmirlərinə hər an hazır olmağlıq əlamətidir. Ayağa qalxmaq bir növ ağanın varlığına və onun sağ olub hələdə bütün varlıq aləminin İmamı olmasına inammaq deməkdir. Çünki çoxları o ağanın vücuduna ya inanmır və yaxud inananların bəziləri də deyirlərki ağa hələ dünyaya göz açmayıb. Bizim ağanın ismi çəkiləndə ayağa qalxmağımız məhz ağanın min ildən çox bundan öncə Samirra şəhərində dünyaya göz açmasına və indiyə kimin varlıq aləminə imamlıq etməsinə və Allahın izni ilə vaxtı gələndə zuhur etməsinə inanmaq əlamətidir.

2-ci İmam Zaman ağanın (Allah onun zuhurunu tezləşdirsin) ismi çəkildikdə ayağa qalxmaq eyni ilə Allah (cəllə cəlaluh) üçün ayağa qalxmaq deməkdir. Ona görə ki, bütün bu ehtiram və inamların bəslənilməsin məhz Allah Təbarək və Təala bizdən istəmişdir. Qurani Kərimdə Allah (cəllə cəlaluh) bütün Mələklərdən və İblisdən babamız Adəmə (əla nəbiyyina və alihi və əleyhis səlam) səcdə etməyi əmr etdi. Hammı səcdə etdi təkcə İblis məlundan savayı. Halbuki səcdə yalnız Allaha məxsusdur bəs nəyə əsasən Allah səcdəni Adəmə olunmasın istədi?

- Çünki Adəmə (əla nəbiyyina və alihi və əleyhis səlam) səcdə etmək eyni ilə Allaha (cəllə cəlaluh) səcdə etmək idi elə buna görədə İblis səcdədən imtina etdikdə Müşrik mələklər isə səcdə etməklə Müvəhhid oldular!

Allah amanında!

Vəssəlamu əleykum vərəhmətullah və bərəkatuh

www.Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930