13 milyondan çox suriyalı humanitar yardımlara möhtacdır
Müəllif: Admin
Tarix: 28-10-2015, 12:09
13 milyondan çox suriyalı humanitar yardımlara möhtacdır
BMT-nin humanitar yardımlar üzrə koordinatoru 13.5 milyon suriyalının humanitar yardımlara möhtac olduğunu bildirib.

PressTV-nin məlumatına görə, Stefan O Brien çərşənbə axşamı BMT-nin Təhlükəsizlik Şurasında Suriyada humanitar yardıma möhtac olanların 6 milyon nəfərinin uşaq olduğunu vurğulayaraq, deyib: ötən 10 ay ərzində Suriyada bu yardımlara möhtac olan insanların sayı 1.2 milyon nəfər artıb.
BMT-nin humanitar yardımlar üzrə koordinatoru əlavə edib: ötən bir neçə həftə ərzində Suriyada, xüsusilə ölkənin şimalında toqquşmalar şiddətlənib. Bu da çoxlu sayda insanın ölməsi, yaralanması və didərgin düşməsinə səbəb olub.
Stefan O Brien əlavə edib: Suriyada 6.5 milyon didərgin mövcuddur və onların 1 milyon nəfəri 2015-ci ildə öz evləri və yaşadıqları yeri tərk etməyə məcbur olublar.
BMT-nin humanitar yardımlar üzrə koordinatoru həmçinin deyib: Suriyada toqquşmaların başlandığı zamandan, ölkə əhalisinin təqribən yarısı öz yaşadığı yeri tərk etməyə məcbur olub.
BMT-nin humanitar məsələlər üzrə koordinasiya idarəsinin sözçüsü Vanessa Hugenin də bazar ertəsi günü Cenevrədə bildirmişdi ki, cari oktyabrın əvvəlindən Hələb, Həma və İdlib vilayətlərində toqquşmaların artması, daha 120 min nəfərin didərgin düşməsinə səbəb olub.
Oxşar xəbərlər
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031